15 C
Baku
Friday, April 26, 2024

“NIKOIL Bank”dan İstehlak kreditləri üçün yeni şərtlər

Müştərilərin sorğularını nəzərə alaraq, NIKOIL | Bank İstehlak kreditləri üçün yeni şərtlər təklif edir. Qeyd etmək lazımdır ki, kreditin məbləği həm nağd, həm də plastik kartlar vasitəsilə 300 manatdan 30 000 manata qədər 36 ay müddətinədək verilir. Yeni şərtlərə əsasən isə 7500 manata qədər kreditlər zaminsiz verilə bilər.

Həmçinin NIKOIL | Bank İstehlak kreditləri üzrə müsbət tarixçəsi olan loyal müştərilər üçün güzəştli kredit şərtlərini təklif edir. Güzəştli kreditlər indiyədək bütün kreditlərini vaxtında və tam ödənmiş və hal-hazırda borcu olmayan müştərilərə təklif edilir. Güzəştli şərtlərə əsasən nağd kreditlər 1% aşağı standart kredit dərəcəsi ilə, kredit xəttinin açılması isə 1,5% güzəştlə həyata keçirilməsi ilə 48 aylıq müddətə loyal müştərilərə verilir.

Bank kreditin rəsmiləşdirilməsi üçün NIKOIL | Bank-ın istənilən filialına müraciət etmək olar. Bunun üçün şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənədlər təqdim edilməlidir. NIKOIL | Bank müştərilərilərinə öz planlarını tez və asanlıqla həyata keçirməyə və arzularını gerçəkləşdirməyə imkan verir.

NIKOIL | Bank  – Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi  əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər