12 C
Baku
Friday, March 29, 2024

“Nikoil Bank”ın səhmləri birjada ticarətə buraxılıb

Bu gündən etibarən Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Nikoil Bankı” ASC BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

Birjaya istinadən xəbərə görə, ticarətə ilkin qiyməti 2 manat təşkil edən 30 mln. ədəd adi səhm buraxılıb.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 56,4%-i “Topaz İnvestments” QSC-yə, 42,6%-i “Nikoil” QSC-yə, 1%-i isə “ISR Holding” MMC-yə məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər