17 C
Baku
Monday, April 29, 2024

“Nikoyl Bank”ın dörd filialının icazəsi ləğv olunub

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 6 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Nikoyl Bank” İKB ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazələri ləğv edilib.

MBNP-dən Banker.az-a verilən məlumata görə, icazələrin ləğv olunmasına səbəb, sözügedən filiallarda Palata tərəfindən müəyyən edilmiş sağlam kreditləşmə normalarına riayət edilməməsi, kassa əməliyyatlarında qanun pozuntusuna yol verilməsi, habelə uçotun təhrif edilməsidir. Bundan əlavə, yerində baxış zamanı bankın filiallarında olan mübadilə kassalarındakı faktiki qalığın balans məlumatından kənarlaşması müəyyən edilib. Belə ki, Palata tərəfindən aparılmış kassa yoxlamaları zamanı, filialların kassalarında xarici valyutanın mövcud olmasına baxmayaraq, satış əməliyyatı aparılmayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər