“Nissan” şirkəti hibrid avtomobillərin və elektromobillərin satışının kəskin artımını proqnozlaşdırır

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Nissan” şirkəti bəyan edib ki, yaxın gələcəkdə şirkətin gəlirinin əsas hissəsi ekoloji təmiz avtomobillərin satışından əldə ediləcək. Hazırda elektromobillər və hibrid avtomobillər Yaponiya şirkətlərinin satışının 20 faizini təşkil edir. Şirkətin rəhbərliyinin proqnozlarına görə, 2025-ci maliyyə ilində həmin göstəricinin 50 faizə çatacağı gözlənilir.

Şirkət tərəfindən 2022-ci maliyyə ilinin sonunadək daha üç elktromobil və beş hibrid avtomobil növünün buraxılışı nəzərdə tutulur ki, həmin maşınlar “e-Power” avtomobillər adlandırılır.

“e-Power” qurğusuna malik olan hibrid avtomobillər kiçik benzin mühərriki ilə təmin edilib və o, ehtiyac yarandığı təqdirdə güclü akkumlyatoru enerji ilə təchiz edir. Bu avtomobillərin təkərləri yalnız elektrik mühərriki tərəfindən hərəkətə gətirilir. Eyni zamanda, 2030-cu maliyyə ilinədək “Toyota” şirkəti də istehsalın yarısını elektrmobil və hibrid avtomobillərlə əvəz etməyi planlaşdırır. “Honda” şirkəti isə həmin avtomobillərin istehsalın üçdə ikisini təşkil edəcəyini proqnozlaşdırır.

📝 RƏY BİLDİR