Niyə bitcoin dünya valyutası olmayacaq? Bankirlər səbəbini açıqladı

Beynəlxalq Hesablaşmalar Bankı, maliyyəçiləri tərəfindən  kriptovalyutaları təhlil edən və bitcoinin  hələ dünya valyutası ola bilməyəcəyini izah edən,  hesabat təqdim edib.

İsveçrəli bankirlərin fikrincə, bitcoinlərin qlobal istifadəsi dünyada serverlərin yüklənməsinə gətirib çıxara bilər. Əsas səbəb də budur -kriptovalyutanın dünya valyutası olmağı üçün texniki cəhətdən hazır deyil.

“Kriptovalyutalar: HYPE-dan (bezdirici reklam) sonra nə olacaq?” və  “Desentralizasiya olunmuş etibarın  xəyali vədi” adlı hesabatların bölmələrində deyilir , baxmayaraq ki,  hazırda virtual pullar qlobal populyarlıq zirvəsinə çatıb, onlar hələ də digər maliyyə alətləri ilə rəqabətə girə bilməzlər.

Rəqəmsal valyutaların əsas problemləri – məzənnəsinin qeyri-sabitliyi, mayninqi üçün böyük həcmdə elektrik istehlakıdır.  Bundan əlavə, virtual pulların daha böyük bir mənfi cəhəti onların etibarsızlığıdır: onlar hələ də oğurluq və fırıldaqçılıq obyekti kimi istifadə olunur.

Tədqiqatçılar  kriptovalyuta köçürmələrinin çətinliyini də xatırladıblar. Hesabatın məlumatına görə, pulun bir «cibdən» digərinə köçürülməsi prosesi , tranzaksiya əməliyyatlarının çoxmərhələli yoxlamalardan keçdiyinə görə, xeyli vaxt tələb edir.  Dünya miqyasına gəldikdə isə,  rəqəmsal valyutaların ötürülməsi prosesi internet istifadəçilərinin və onların elektron qurğularının həddən artıq yüklənməsinə səbəb ola bilər.