15 C
Baku
Friday, April 26, 2024

Norveç Neft Fondu neft-qaz sektorundan sərmayələrini geri çəkir

Bir trln. ABŞ dollarından çox aktivləri olan Norveç Pensiya (Neft) Fondu investisiya portfelində mövcud olan 37 mlrd. dollarlıq bütün neft-qaz şirkətlərinin səhmlərini satmaq üçün hökumətə müraciət edib.

“Habertürk” saytına istinadən, fondun sərəncamında “Shell”, BP, “Total”, “ExxonMobil” və “Chevron” kimi nəhəng neft-qaz şirkətlərinin səhmləri var.

Mərkəzi Bank və Neft Fondu rəhbərləri tərəfindən imzalanan sənəd parlamentə göndərilib. Təklifin qəbul edilməsi durumunda fondun neft-qaz sektoruna yatırımı qalmayacaq. Bu qərarla Norveç hökuməti neftin qiymətində mümkün ucuzlaşmaya qarşı özünü sığortalamaq fikrindədir.

Qeyd edək ki, Norveç Neft Fondu “Shell”in 2,3%, BP-nin 1,7%, “Total”in 1,6%, “Chevron”un 0,9% və “ExxonMobil”in 0,8% səhmlərinə sahibdir. Neft-qaz sektoruna investisiyaların məcmu portfeldə xüsusi çəkisi isə 6,4% olub və 7-ci sırada yer alır. İlk sırada isə 23,3% payla maliyyə sektorunun səhmləri yer alır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər