19 C
Baku
Tuesday, April 16, 2024

Notları kim yaradıb?

Dünya müasir not sistemini rahib Qvido Areççoya (təqribən 991-1033-cü illər) borcludur. O notları 4 xətli not cərgəsi üzərində dolu kvadratlar şəklində yazmağa başlamışdı. “Do”-dan başlamış “Si”-ə qədər olan not qammasının adı “Xaç suyuna çəkən İohan” üçün duanın ilk sözlərinin hecaları idi. Bu dua isə kilsədə xor olaraq oxumaq üçün nəzərdə tutulmuşdu. Həmin xor bu şəkildə idi:

Ut queant laxis

resonare fibris,

Mira gestorum

famuli tuorum,

Solve polluti

labii reatum,

Sancte Ioannes.

Lazım olmayan sözləri atdıqda ilk 6 sətirdə ilk hecalarda – ut, re, mi, fa, sol, la notlarını görürük. Daha sonradan “ut”, “do” ilə əvəz edilir. Çünki xoru samitlə başlayan heca ilə başlamaq daha rahat idi. Aydındır ki, bu latın dilində Dominus kimi səslənən Allah-ın şərəfinə belə adlandırılmışdır. “Si”-ə gəldikdə is sonuncu sətirdəki sözlərin baş hərfi “si” notunu əmələ gətirir.

Son xəbərlər
Digər xəbərlər