12 C
Baku
Wednesday, April 24, 2024

Növbəli işini insan sağlamlığına vurduğu ziyan

İş saatından əvvəl və daha gec saatlarda işləyən şəxslər daha çox koqnitiv pozulma əlamətləri ilə qarşılaşmışlar. Növbəli işlərdə çalışan insanlar adi qaydada işləyən insanlardan fərqli olaraq beyinin funksiyalaşdırılması və qocalması ilə bağlı testi həll etmək üçün daha çox vaxta ehtiyac duymuşlar.

Müxtəlif növbələrə sahib işlər hazırda az deyil. Tibb, nəqliyyat, xidmət sahəsi, təhlükəsizlik xidməti və bir sıra digər sahələrdə çalışan şəxslər gecə ərzində də işləməyə məcburdurlar. Belə ki, onların xidmətlərinə gecə saatlarında da ehtiyac duyulur.

Chrictian Benedict-in həyata keçirdiyi araşdırmaya əsasən, həddindən artı tez və yaxud gec iş qrafiki beyinin alın hissəsinin işində pozulmalara səbəb olur ki, bu da hərəkəti, nitqi idarə etməyə, problemin həllinə və şüurluluğa kifayət qədər mənfi təsir edir.

Bu səbəbdən də gecə növbəsində işləməyə qərar vermiş şəxs öz əmək fəaliyyətindən fayda əvəzinə ziyan qazanmış olur. Gec saatlarda işləmək insan orqanizminin “Daxili saatı”-nı pozur.

Nəticədə yuxu sisteminin pozulması halı inkişaf edə bilər. İlk növbədə, yuxuya keçmə ilə bağlı problem yaranacaq. Bundan əlavə, istirahətin keyfiyyəti enə, dərin yuxu fazasının davamlılıq müddəti enə bilər. Son nəticədə isə, bu pozulmalar yuxu azlığına səbəb ola bilər. Çünki beyin və bədən öz gücünü bərpa etmək üçün kifayət qədər zamana sahib olmur.

Tədqiqatçıların gəldiyi nəticə bir o qədər də ürəkaçan deyil. Lakin bu hələ son deyil. Neqativ hallar damla-damla yığılır. Qeyri-iş saatlarında, yəni gecə saatlarında nə qədər çox işləsək, beyinin funksiyalarına bir o qədər çox ziyan vurmuş olarıq.

Yadda saxlayın, gələcək illər ərzində bu cür işləməyə davam etsəniz, bu mütləq olaraq düşüncə bacarıqlarınıza və yaddaşa təsir edəcək. Bununla yanaşı, orqanizmi qarşısı alınmaz uçuruma doğru sürükləyə bilər.

Növbəli işin vurduğu zərəri necə kompensasiya etmək olar?

Belə bir yaxşı xəbər var: zamanında normal iş qrafikinə geri dönsəniz beyin öz gücünü yenidən bərpa etməyə qadir olacaq. Lakin bu zamanın özü də müəyyən zaman tələb edəcək.

Tədqiqatçılar belə müəyyən etmişlər ki, insanlar adi iş qrafikinə geri döndükdən 5 il sonra onların beyinlərinin məhsuldarlığı heç vaxt gecə saatlarında və növbəli işdə işləməyən insanların sahib olduqları göstəricilərə bərabər olur.

Unutmayın ki, gündəlik yuxu prosesinizə kifayət qədər zaman və diqqət ayırsanız gecə və yaxud erkən iş qrafikinin vurduğu zərəri müəyyən mənada məhdudlaşdıra bilərik.

Araşdırmaçıların fikrincə, ilk olaraq sutkada 7 saatdan az olmayaraq yatmaq lazımdır. Bundan əlavə, mütəmadi olaraq artıq vərdiş etdiyiniz yuxu rejiminə riayət etmək mütləqdir. Bu zaman işə getməli olmadığınız həftə sonları belə istisna olmamalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər