19 C
Baku
Tuesday, April 16, 2024

“Nurgun Holding” 4 vakansiya elan edir

1. Planlama üzrə mütəxəssis

Əmək haqqı: 600 – 800 AZN

İş barədə məlumat:

• Şirkətdə strateji iqtisadi planlaşdırma üzrə işləri yerinə yetirir,
• Şirkətin istehsal-təsərrüfat və sosial inkişafının perspektiv və illik planlaşdırılması üçün ilkin məlumatları hazırlayır,
• Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirir,
• Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırır,
• Planın müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında edir,
• Öz səlahiyyətləri həddində firma və təşkilatlarla əməkdaşlığı təşkil edir,
• Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığır və təhlil edir,
• Gündəlik işin nəticələrini təhlil edir,
• Satışın stimullaşdırılması sahəsində mütərəqqi təcrübəni öyrənir və ümumiləşdirir.

Tələblər:

• Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsində),
• Kompyuter proqramlarında sərbəst işləmək bacarığı,
• Sürücülük vəsiqəsi,
• Analitik düşünmə bacarığı,
• Şirkətdə planlaşdırma işinin təşkili,
• Biznes-planların hazırlanma qaydalarını bilməli,
• Malın maya dəyərinin, maddi və əmək xərclərinin, topdansatış və pərakəndə qiymətlərinin müəyyən edilməsi qaydalarını,
• Şirkətin və onun törəmə müəssisələrinin fəaliyyətinin istehsal-təsərrüfat göstəricilərinin analizi metodlarını,
• Hesabatların tərtib edilməsi qaydalarını və s.

E – mail : [email protected]

CV göndərərkən mövzu qismində “Planlama üzrə mütəxəssis” sözünün yazılması mütləqdir.


2. Marketing meneceri

• Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Şirkətin marketinq məlumat baza sisteminin qurulması
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
• Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
• Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
• Şirkət üzrə brend istifadəsinə nəzarət
• Şirkətin PR və Reklam siyasətinin hazırlanması
• Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
• PR və Reklam işlərinin aparılması
• Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi

Tələblər:

• Ali təhsil;
• Yüksək səviyyədə komputer bilgiləri;
• Rus və ingilis dillərini sərbəst bilməli;
• Yaş həddi 30-35 arası;
• Ən azı 2 il iş təcrübəsi olmalı;

Şəxsi keyfiyyətlər:

• Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
• Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
• Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;

Digər məlumatlar:

• Yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
• 5 günlük iş qrafiki;
• Əmək haqqı 600-1000 AZN.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “Marketing menecer” yazmaqla [email protected] ünvanına göndərə bilərlər


3. Müştəri xidmətləri meneceri

Əmək haqqı : 550 – 600 AZN

Tələblər:

• Ali təhsil;
• Qeyd olunan vəzifədə iş təcrübəsi (minimum 1 il)
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmağı bacarmalı, ingilis dilini minimum orta səviyyədə bilməli;
• MS Office proqramlarında işləmə bacarığı;
• Gülərüz, ünsiyyətcil,məsuliyyətli və diqqətli olmalı;
• Xoşagələn xarici görünüş;
• İnkişafa meyilli olmalı;
• Kollektivlə işləməyi bacarmalı;
• Yalnız xanım namizədlər üçün nəzərdə tutulub.

İş haqqında:

• Müştərilərin cəld və gülərüz qarşılanması;
• Müştərilərə lazım olan ilkin məlumatın verilməsi;
• Müştərilərin lazımı şəxsə istiqamətləndirilməsi;
• Gələn zənglərin cavablandırılması və yönləndirilməsi;
• Şirkətə ünvanlanmış məktub və digər sənədlərin qəbul edilməsi, yaxud aidiyyatı struktur vahidlərinə verilməsinin təşkili;
• Müştəri məlumatlarının mərkəzi bazaya işlənməsi;
• Müştəri sorğularının aparılması.

Digər məlumatlar:

• iş saatları: 09:00-dan 18:00-dək;
• 6 günlük iş qrafiki;

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “Müştəri xidmətləri meneceri” yazmaqla [email protected] ünvanına göndərə bilərlər


4. Çayçı xanım / Tea lady

Tələblər:

•  Min. orta təhsil;
•  Təmizlik və xidmət sektorunda iş təcrübəsi;
•  30-35 yaş;
•  Təmizkar, səliqəli və məsuliyyətli;
•  Əlavə iş saatlarında işləmək imkanına malik olan;
•  Təmizlik ləvazimatları və avadanlıqlarından istifadə bacarığı.

Vəzifə öhdəlikləri:

•  Vaxtlı-vaxtında işə gəlmək;
•  Rəhbər şəxsə və gələn qonaqlarına çay vermək;
•  Rəhbər şəxsin nahar süfrəsini təşkil etmək və yığışdırmaq;
•  İş saatı səhər 09:00-dan axşam 18:00-a qədərdir;
•  Nahar fasiləsi 13:00-dan 14:00-a qədərdir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını (CV) [email protected] ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Çayçı xanım / Tea lady) göstərməyini xahiş edirik.

Yalnız tərəfimizdən seçilən namizədlərlə əlaqə yaradılacaqdır

Son xəbərlər
Digər xəbərlər