25 C
Baku
Saturday, April 20, 2024

“Nurgün Motors”un prezidentinin oğlu yol polisini təhqir edərək vurub – Sərxoş halda

Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.

Hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb.

Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib. N.Əliyev inzibati qaydada məsuliyyətə cəlb olunub. 170115aa 46d4 4ce9 8aa5 4c296c84e76f5c1f35a4 956c 4e84 9db0 146c1fb65f8e

Bu barədə Report “Nurgün Motors-un prezidentinin oğlu sərxoş halda YPX əməkdaşını təhqir edərək vurub” sərlövhəli yazısında bu şəxsin şirkət prezidenti olduğun təsdiqləyib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər