23 C
Baku
Thursday, April 25, 2024

Ödənişləri rahat və sürətlə edin

Daim müştərilərinin rahatlığını düşünən və müştəri məmnuniyyətinin yüksəldilməsini rəhbər tutan Expressbank sürətli və rahat ödəmə terminalları – ExpressPay terminalları ilə hər kəsin xidmətindədir.

ExpressPay terminalları vasitəsi ilə Siz Expressbank-a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişləri həyata keçirə bilərsiniz.

ExpressPay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. Belə ki, müştərilər Azərbaycan İpoteka Fondu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, ARDNŞ-in Azəriqaz İB, Azərİstilik ASC, Stasionar Telefon Xidmətləri üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər.

2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda 600-dən artıq ExpressPay terminalları quraşdırılmışdır. Bu terminalları vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.

Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər