15 C
Baku
Friday, March 29, 2024

Ödənişləri tətilə göndərməyin vaxtıdır!

Yay istirahət mövsümünün qızmar hava şəraitində davam etməsi və insanların tətil ehtiyaclarının daha da artması ilə əlaqədar olaraq Rabitəbank müştərilərin nağd pul ehtiyaclarını qarşılamaq məqsədilə sentyabr ayının 1-dək növbəti kredit kampaniyasını keçirir.

Kampaniyanın əsas üstünlükləri tətil krediti götürən müştərilərə əsas və faiz məbləğinin ödənilməsi üzrə 2 ay güzəştin tətbiq olunması və 0% konvertasiyalı Master Card Standart kartının hədiyyə olunmasıdır. Belə ki, kredit rəsmiləşdirildikdən sonrakı ilk 2 ayda heç bir ödəniş tələb olunmur, müştəri kreditin ödənişlərinə növbəti 3-cü aydan başlaya bilər. Bundan əlavə, krediti götürən bütün müştərilər tətilləri boyunca onlara hədiyyə olunacaq Master Card Standart kartı sayəsində heç bir konvertasiya faizi ödəməyəcəklər.

Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 10000 manatdır. İllik faiz dərəcəsi isə cəmi 22% təşkil edir.

Qeyd edək ki, kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış, xarici pasportuun surəti və digər bəzi sənədlər tələb olunur.

Kampaniya və onun şərtləri ilə bağlı daha ətraflı məlumat almaq və birbaşa onlayn sifariş etmək üçün http://bit.do/tetil keçid edin və ya 133 qısa nömrəsinə zəng edin.

Son xəbərlər
Digər xəbərlər