25 C
Baku
Friday, April 19, 2024

Ölkədə hələ də Pos terminallardan istifadə formalaşmayıb

Bu gün ölkəmizdə 77 631 ədəd Pos terminal quraşdırılıb və bunların 50 229 ədədi Bakı şəhərindədir. Pos terminalların quraşdırılması təbi ki, həm əhali üçün, həm də ölkəmizə gələr turistlər üçün vacib amildir.

Hazırda ölkə əhalisinin bir hissəsi nağdsız ödənişlərdən istifadə edirlər. Üzərində iri məbləğdə pul saxlamaq təhlükəsizlik baxımından risklidir. Nağd pul itdikdə, oğurlandıqda onu qaytarmaq çətin olduğu halda, plastik kart itirilsə belə digər şəxslər ondan istifadə edə bilmirlər. Bundan başqa nağdsız ödənişlərin hamısı rəsmi qeydiyyata alınır və bu vəsaiti vergidən yayındırmaq mümkün deyil. Deməli, nağdsız ödənişlərin genişlənməsi dövlət büdcəsinə daxil olmaları da artıra bilər.

Lakin çox təəssüf olsun ki, hələ də ölkəmizdə Pos terminallarla bağlı ciddi problemlər var.

Statistikaya əsasən 2015-ci ilin yanvar-mart aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında əhəmiyyətli artım müşahidə olunsa da, ticarət obyektlərinin bəzilərində hələ də POS terminalların olmadığını görürük. Lakin problem bununla kifayətlənmir. Çünki, bəzi obyektlərdə terminallar olduğu halda belə nağdsız ödəniş etmək imkanımız olmaya bilir.

Turistləri qarşılayacaq şəhərimizin, böyük ticarət mərkəzlərində belə, Pos terminallarla bağlı problemlərin çıxması heç də başa düşüləcək bir vəziyyət deyil.

Lakin bir nüansı da qeyd etmək lazımdır ki, obeytlərdə Pos terminallar quraşdırıldığı zaman, həmin terminallardan istifadə qaydasını belə izah etmək lazımdır. Çünki, son günlərdə əməkdaşımız da yaxınlaşdığı bir neçə obyektlərdə terminalların olmasına baxmayaraq, həmin mağazaya nağd ödəniş etmək məcburuiyyətində qalıb. Buna səbəb isə, bir neçə obyektlərdəki satıcılar, post terminal olsa da ondan istifadə etməyi bacarmadıqlarını söyləyiblər.

Lakin təəssüf ki, Pos terminallarla bağlı satıcılar tərəfindən verilən cavablar bunlarla kifayətlənmir. Əməkdaşımız hətta “Kartla niyə ödəyirsinizki?”, ”Pos terminal var ama işləmir”, “Başımız çıxmır necə istifadə edirlər” kimi bir sıra mənasız cavablarla qarşılaşmalı olub.

Sabah ölkəmizə turistlər gəldiyi zaman, onlara da bu cür cavabların verilməsi, təbii ki, düşündürücü bir haldır..

Son xəbərlər
Digər xəbərlər