12 C
Baku
Thursday, March 28, 2024

Ölkədən çıxa bilməyiniz üçün vacib sənəd – Ümumvətəndaş pasportu

18-35 yaşına çatmış ölkəmizin hər bir vətəndaşı ümumvətəndaş pasportu yəni xarici pasport əldə edə bilər. 18 yaşına çatmamış uşaqların isə valideynlərinin və ya qanuni nümayəndələrin razılığı olmalıdır.

Ümumvətəndaş pasportu əldə etmək üçün hansı sənədlər tələb olunur:

  • Hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə);
  • vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə – həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

  • təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
  • təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
  • qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

Qeyd edək ki, 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

Hər bir vətəndaş ümumvətəndaş pasportu üçün müraciət etdikdən sonra nəzərdə tutulmuş məbləğdə ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 10, 5 və ya 1 iş günü müddətində verilir .

Tələb olunan dövlət rüsumunun məbləği:

  • bir yaşınadək uşaqlar üçün – 10 AZN
  • bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 AZN
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 AZN
  • on səkkiz yaşına çatmış vətəndaşlara – 40 AZN

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

  • bir yaşınadək uşaqlar üçün  – 20 AZN
  • bir yaşından üç yaşınadək uşaqlar üçün  – 40 AZN
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 AZN
  • on səkkiz yaşına çatmış vətəndaşlara  – 80 AZN

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

  • bir yaşınadək uşaqlar üçün – 40 AZN
  • bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 AZN
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 AZN
  • on səkkiz yaşına çatmış vətəndaşlara – 160 AZN
Son xəbərlər
Digər xəbərlər