15 C
Baku
Saturday, April 20, 2024

Ölkələrdən birinin Mərkəzi bankı rəqəmsal valyuta buraxır

Uruqvay Mərkəzi bankı (BCU) ilk mərkəzləşdirilmiş rəqəmsal valyutanın  – uruqvay pesosunun rəqəmsal versiyasının yaradılmasını elan edib. 

Mərkəzi bankın sədri qeyd edib ki, bu “Bitcoin kimi kriptovalyuta deyil, Mərkəzi bankın nəzarəti altında qalan valyutadır”.

Bununla da, Uruqvay hələ bir çox ölkənin sadəcə haqqında düşündüyü addımı reallaşdırmağa başladı. Uruqvay pesosunun rəqəmsal versiyasının buraxılması və istifadə olunması ilə bağlı altı aylıq pilot layihəsi artıq elan edilib.

Sözügedən bu pilot layihə çərçivəsində 10 min mobil telefon istifadəçisi sınaq prosesində iştirak edəcək. Qeydiyyatdan keçmiş istifadəçilər həm ticarətçilərə, həm də biri-birilərinə rəqəmsal vəsaitlər köçürə biləcəklər.

Həmçinin Mərkəzi bank vurğulayıb ki, bu yeni valyuta deyil, əvvəl olduğu kimi uruqvay pesosudur. Lakin ona fiziki dəstək əvəzinə texnoloji dəstək göstərilir.

Son xəbərlər
Digər xəbərlər