15 C
Baku
Saturday, April 20, 2024

Ölkənin çox hissəsi nağdsız ödənişlər edir (Araşdırma)

Müasir dövrümüzdə əhalinin nağdsız ödənişlərə tələbatı artıb. Bildiyiniz kimi nağdsız ödəniş –nağd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir. Yəni, daha dəqiq desək, qarşılıqlı tələblər nəticəsində pul vəsaitlərinin kredit təsisatlarının hesabları ilə yerdəyişməsi nəzərdə tutulur. Nağdsız ödənişlər çek, veksel, kredit kartları və digər kredit alətləri vasitəsi ilə həyata keçirilir.

Nağdsız pul dövriyyəsi aşağıdakılar aşağıdakı subyektlər arasında hesablaşma aparmağa icazə verir.

  • Kredit təsisatlarında hesabları olan müxtəlif sahibkarlıq formasına malik müəssisələr, institutlar, təşkilatlar;
  • Hüququ şəxslər və kredit təşkilatları kredit alınması və qaytarılması ilə bağlı;
  • Hüquqi şəxslər və əhali əməkhaqqıları və qiymətli kağızları üzrə gəlirlərin əldə olunmasına görə
  • Fiziki və hüquqi şəxslər dövlət xəzinəsi ilə vergi, rüsum və digər icbari ödənişlərin verilməsinə görə;

Nağdsız ödənişlərin həcmi ölkədəki məhsul dövriyyəsi, qiymətlərin səviyyəsi, hesablar və həmçinin bölüşdürücü və təkrar bölüşdürücü münasibətlərdən asılıdır. Nağdsız ödənişlərin payının artırılması bizə «kölgə iqtisadiyyatının» bir hissəsindən qurtulmaq imkanı verəcək. Digər ölkələrin də təcrübəsi bunu göstərir.

2014-ci ilin 1 noyabr tarixində Azərbaycanda bankomatların sayı 2 556, POS-terminalların sayı isə 64 297 ədəd təşkil edib. Aşağıdakı cədvəldə illər üzrə bankomatların və Pos terminalların artım dinamikasını görə bilərsiniz.

 Bankomatlar və Pos-terminallar (dövrün sonuna)

1

Mərkəzi Bankın statistik göstəricilərinə əsasən, müştərilərin 51 381 242 nəfəri fiziki şəxslər,  158 888 nəfəri sahibkarlıqla məşğul olan şəxslər, 100 126 nəfəri isə hüquqi şəxslərdir. Həmçinin müştəri hesablarının isə 10 083 739 ədədi cari hesablar, 626 701 nəfəri isə depozit hesablarıdır.

Bank müştərilərinin və hesablarının sayı

2

 Debet və kredit kartları ilə aparılan əməliyyatlar

3

Buna baxmayaraq, son aylar debet və kredit kartları ilə aparılan əməliyyatların sayında və həcmində azalma qeydə alınıb. Həmçinin sosial və əməkhaqqı kartlarının sayında da azalma müşahidə olunub.

Dünyanın bütün inkişaf etmiş ölkələrinin təcrübəsi isə göstərir ki, ödəniş kartları vasitəsi ilə hesablaşmaq daha sərfəlidir, nəinki nağd. Birinci üstünlük, ticarət şəbəkəsində endirim əldə etmək imkanıdır. İkinci isə bu pullar təhlükəsizlikdədir, onlar bir növ müdafiə olunur.

Son xəbərlər
Digər xəbərlər