16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan banklarında “Onlayn məsləhətçi” xidməti

Tez-tez müştərilərdə hər hansı bank məhsulu haqqında məlumat almaq ehtiyacı yaranır.Bunun üçün bankların “çağrı mərkəzləri”,”qaynar xətləri” fəaliyyət göstərir. Lakin,müştərilərə bəzən telefon başında dəqiqələrlə gözləmək yorucu gələ və ya vaxt itkisi ola bilər. Hər nə qədər bankların sosial şəbəkələrdə rəsmi səhifələri olsa da,əksər hallarda müştəriyə bankın filiallarına müraciət etməyi,ən yaxşı halda “qaynar xəttə” zəng etməyi təklif edirlər.Lakin,bəzi banklarda “onlayn məsləhətçi” xidməti fəaliyyət göstərir.

“Onlayn məsləhətçi” xidməti,bankların məhsul və xidmətləri haqqında sual,təklif,şikayətlərinizlə bağlı operativ cavab ala biləcəyiniz bir xidmət növüdür.Bu xidmətdən istifadə üçün bankların saytlarında müvafiq pəncərədə adınızı, soyadınızı və əksər hallarda e-mail adresinizi qeyd edirsiniz.Bəzən bu pəncərə sizin qarşına sayta daxil olan kimi çıxır.Müraciət məktubunuzu yazıb göndərirsiniz.5-10 saniyə ərzində sizə cavab verilir.

Hazırda Azərbaycanda aşağıdakı banklar bu xidməti müştərilərə təqdim edir:

Banklar Xidmətin adı
AG Bank Konsultant
ASB Onlayn Müraciət
Bank of Baku Məsləhətçi
Bank Respublika Onlayn Konsultasiya
Bank Standard Onlayn Məsləhətçi
Bank VTB Onlayn Konsultasiya
Beynəlxalq Bank Onlayn Konsultasiya
Caspian Development Bank Sizə necə kömək edə bilərik?
Kapital Bank Sualınız var?
NBC Bank Onlayn Konsultasiya
Nikoil Bank Onlayn Konsultasiya
Rabita Bank Onlayn Konsultasiya
Turan Bank Onlayn Konsultasiya
Unibank Onlayn Məsləhətçi
Xalq Bank Onlayn Məsləhətçi
Son xəbərlər
Digər xəbərlər