OPEC 2017-2018-ci illər üzrə dünya neft tələbatı ilə bağlı müsbət proqnoz verdi

Banker.az xəbər verir ki, OPEC təşkilatının oktyabr ayı üçün hesabatında deyilir ki, təşkilat 2017-ci ildə dünya üzrə neft tələbatı ilə bağlı proqnozunu yaxşılaşdıraraq sutkalıq 0,03 milyon barrel artıraraq sutkalıq 96,8 milyon barrel edib.

2016-cı il ilə müqayisədə göstəricinin artımı sutkalıq 1,45 milyon barrel təşkil edəcək.

OPEC təşkilatı həmçinin 2018-ci ildə də dünya üzrə neft tələbatı ilə bağlı proqnozunu yaxşılaşdırıb və öz qiymətləndirməsini sutkalıq təqribən 0,06 milyon barrel artıraraq sutkalıq 98,19 milyon barrel edib.