15 C
Baku
Saturday, April 20, 2024

OPEC-in neftin qiymətinə dair hər hansı hədəfi yoxdur

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neftin qiymətinə dair hər hansı hədəfi yoxdur.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail bin Mohammed al-Mazroui deyib.

“OPEC-ə üzv ölkələrin neft qiyməti üzrə müəyyən bir hədəfi yoxdur”, – deyə o bildirib.

ABŞ-ın İrana qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarını şərh edən OPEC Konfransının prezidenti deyib: “Bazarda neft təklifi barədə narahat olmağa dəyməz. İranın neft istehsalı azalacağı təqdirdə bu başqa yolla kompensasiya edilə bilər”.

OPEC-in növbəti konfransında neft ehtiyatlarını hədəflənən səviyyəsinin müzakirə olunacağını deyən nazir əlavə edib: “Növbəti yığıncaqda lazımi neft ehtiyatının hansı səviyyədə olmasını müzakirə edəcəyik”.

O, 2019-2020-ci illərdə neft investisiyalarının həcmi barədə narahat olduğunu da ifadə edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər