21 C
Baku
Friday, April 26, 2024

OPEC nədir?

Neft İxrac edən ölkələr təşkilatı (OPEC) 1960-cı ildə qlobal xam neft qiymətlərinin və neft əldə edilməsi həcmi üzrə fəalliyyətlərin koordinasiyasının tənzimlənməsi məqsədilə yaradılıb. Hazırda neft ticarəti üzrə dünya bazarının demək olar ki, yarısı İPEC-in nəzarəti altındadır və bu səbəbdən də adı çəkilən bu təşkilat qiymət səviyyələtinə əhəmiyyətli dərəcədə təsir edir.

OPEC təşkilatının yüksək orqanları direktorlar şurası və iştirakçı ölkələrin nazirlər konferensiyasıdır. Konferensiya  təşkilatın siyasətini yaradır, onun həyata keçirilməsi yollarını araşdırır və cari fəaliyyət üzrə vacib qərarlar qəbul edir. Konferensiya direktorlar şurasını yaradır, prezidenti və baş katibi seçir.

Neft satışı milli ÜDM səviyyəsini əhəmiyyətli dərəcədə yülsəltməyə və əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa imkan yaradır. OPEC təşkilatının tərkibinə 12 ölkə daxildir. Bunlar İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, BƏƏ, Əlcəzair, Nigeriya, Ekvador və Anqoladır. Təşkilatın baş-qərargahı Vyana şəhərində yerləşir.

OPEC-in əsas funksiyaları:

  • İştirakçı ölkələrin neft siyasətinin koordinasiyası;
  • Maraqların qorunması üçün effektiv və individual vasitələrin yaradılması;
  • Dünya neft qiymətlərinin sabit olaraq qalmasını təmin etmək;
  • OPEC üzvü olmayan neft ixrac edən ölkələrlə əməkdaşlıq.

Hazırda OPEC təşkilatının əsas problemi iştirakçı ölkələr tərəfindən fəal marağın olmamasıdır. Qeyd edək ki, təşkilat müxtəlif demoqrafik göstərici və milli rifah səviyyəsinə sahib ölkələri birləşdirir ki, bu da bahalı iqtisadi inkişaf proqramlarında ayrı-seçkilik yaranmasına səbəb olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər