22 C
Baku
Tuesday, April 23, 2024

OPEC və tərəfdarları neft hasilatının azaldılmasını davam etdirə bilər

Banker.az saytı Bloomberg agentliyinə istinadən xəbər verir ki, OPEC ehtiyac yarandığı an neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətini uzada bilər. Bu haqda məlumatı isə, Səudiyyə Ərəbistanının Energetika naziri Xalid al-Falih qeyd edib.

 

“Dünya üzrə neft ehtiyatları həddən artıq olmağa davam edəcəyi təqdirdə, OPEC və onun tərəfdarları iyun ayında müddəti bitəcək olan neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətini uzada bilər” – deyə ərəbistanlı nazir bildirib.

O həmçinin qeyd edib ki, əgər neft ehtiyatları əvvəlki kimi 5 illik orta səviyyəni üstələyərsə, bazarda gələcək perspektivlər üçün əminlik yaşanarsa, şirkət və investorlar dünya neft bazarı ilə bağlı narahatlıq yaşasa neft hasilatının məhdudlaşdırılması qüvvədə saxlanılacaq. Nazir bazarı “sağlam vəziyyətə” qaytarmaq üçün mütləq olan hər şeyi etməyə hazırlaşdığını vurğulayıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər