15 C
Baku
Tuesday, April 16, 2024

OPEK+ komitəsi neft hasilatının artırılmasını nəzərdən keçirməyi tövsiyə edib

OPEK+ nazirlər səviyyəsindəki Monitorinq komitəsi Vyana razılaşması çərçivəsində neft hasilatının həcmini sutkada 1 mln. barel artırılmasını nəzərdən keçirməyi tövsiyə edib. Bununla belə, tövsiyədə bəzi ölkələr üçün “xüsusi yanaşma “nəzərdə tutulub. “RİA Novosti”yə istinadən xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Nazir həmçinin qeyd edib ki, həmin təklif iyunun 22-də keçiriləcək OPEK sammiti və OPEK+ nazirlər səviyyəsində baş tutacaq ümumi görüşdə nəzərdən keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər