13 C
Baku
Friday, April 19, 2024

OPEK neft hasilatı kvotasını artırdı

Cümə günü keçirilən iclasın yekunlarına görə, OPEK neft istehsalatının kvotasını 1,5 milyon barel artıraraq gün ərzində 31,5 milyon barel səviyyəsində müəyyən edib, bu barədə Bloomberg görüşün iştirakçısına istinadən məlumat yayıb.

Bununla yanaşı agentliyin məlumatına görə, indiki kvota təşkilata daxil olan İndoneziyanı nəzərə almır.

Cümə günü Vyanada keçirilən OPEK-in növbəti – 168-ci iclasına qədər kvota gün ərzində 30 milyon barel səviyyəsində idi, bununla yanaşı təşkilat kvotanı mütəmadi olaraq artırırdı.

oxu.az

Son xəbərlər
Digər xəbərlər