13 C
Baku
Friday, April 26, 2024

Orta məktəb Snapchat IPO-sundan 24 milyon dollar qazanıb

Banker.az Quartz nəşrinə istinadən xəbər verir ki, Kaliforniyada Müqəddəs Fransisk orta məktəbi Snapchat tətbiqetməsinin sahibi Snap şirkətinin səhmlərinə yatırım edərək 24 milyon dollar qazanıb.

Məktəbin Qəyyumlar şurası şagirdlərdən birinin valideyninin məsləhəti ilə 2012-ci ildə Snap səhminə 15 000 dollar yatırır. Şirkətin keçirdiyi IPO-dan (səhmlərin ilk dəfə birjaya yerləşdirilməsi) sonra məktəb Snap şirkətində olan payını 24 milyon dollara satıb. Qeyd edək ki, Snap şirkəti IPO nəticələrinə görə 30 milyard dollar dəyərində qiymətləndirildi.

Daha əvvəl verilən məlumata görə, IPO gedişində Snap səhmləri 45% artıb və 1 səhmə görə 24,6 dollar təşkil edib. CNBC-nin verdiyi məlumata görə, şirkətin səhmlərini ilk dəfə yerləşdirməsi 2014-cü ildən bu yana ABŞ-da ən nəhəng IPO oldu. 2014-cü ildə Alibaba 25 milyard dollar cəlb edə bilmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər