13 C
Baku
Friday, April 19, 2024

Oskar Uayld-ın insanlar və uğur haqqında ən yaxşı sitatları

16 oktyabrda görkəmli ingilis yazıçısı, şairi və dramaturqu Oskar Uayld anadan olub.

Oskar Uayld effektli aforizmlərin və dahiyanə paradoksların müəllifidir. O, həyatında cəmiyyətin sevimlisi idi. Yazıçının həmyaşıdları Oskar Uayldın yanında cəmiyyətdə ondan başqa heç kəsə fikir verilmədiyini deyirdilər.

Ədəbiyyatda öz sözünü deməmişdən öncə Oskar Uayld dəbdə inqilab edir. O, cəmiyyətdə özünün tərtib etdiyi geyimlərdə çıxırdı. Bir gün o, qısa şortlar, ipək corablar, sabahısı gün güllər ilə bəzədilmiş jilet, birisigün isə limonlu əlcəklər geyinirdi.

Oskar Uayldın «Dorian Qreyin portreti», «Ciddi olmaq nə qədər vacibdir», «İdeal həyat yoldaşı», «Ledi Uindermerin yelpəki» və digər əsərlərini bütün dünyada çox məşhurdular. Bu əsərlərdən olan sitatlar çox yayılıb və çox məşhurdular.

İnsanlar haqqında

  • Bizim əksəriyyətimiz biz özümüz deyilik. Bizim fikirlərimiz başqalarının mühakimələridir; bizim həyatımız mimikriyadır; bizim ehtiraslarımız sitatdır!
  • Biz bizimlə eyni mənfi cəhətlərə sahib olan insanları həzm edə bilmirik.
  • Sən hər kəsi sevirsən, hər kəsi sevmək isə heç kəsi sevməmək deməkdir. Sən hər kəsə qarşı eyni dərəcədə soyuqqanlısan.
  • Müsbət insanlar əsəblərə, pis insanlar isə təxəyyülə təsir edirlər.
  • Yalan digər insanların həqiqətidir.
  • İnsan öz adından danışanda çox utanır. Ona maska verin və o, sizə bütün həqiqəti deyəcək.
  • Yaxşı olmaq özünlə harmoniyada yaşamaq deməkdir.
  • Özünə tənqidi yanaşmaq bizim xoşumuza gəlir. Və biz özümüzü günahlandırdığımız zaman başqa heç kəsin bizi ittiham etməyə haqqının olmadığını düşünürük.
  • Düşməni olmayan insanın ona gizli nifrət edən dostları olur.
  • Ancaq boş insanar özlərini tanıyırlar.

Uğur haqqında

  • Dünya iki sinfə bölünür: birincilər inanılmaz hadisələrə inanırlar, ikincilər isə qeyri- mümkün işlər görürlər.
  • Ambisiyalar uğursuz insanların son sığınacaq yeridir.
  • İnsanlar öz səhvlərini təcrübə adlandırırlar.
  • Özün ol, digər bütün rollar artıq məşğuldurlar.
Son xəbərlər
Digər xəbərlər