15 C
Baku
Friday, April 26, 2024

Osmanlı dövründə iftar

Osmanlı dövründə oruc tutan insanları gün batımı ilə bağlı xəbərdarlıq etmək üçün minarələrdə xüsusi işıqlar yandırılırdı. Daha sonradan isə iftar vaxtının olduğunu bildirmək üçün topdan atəş açılırdı və bu adət bəzi müsəlman ölkələrində dələ də davam etdirilir.

Mətbəxlər və sultan sarayı Ramazana hələ 2 ay əvvəldən hazırlaşırdılar. Çünki ayı lazımi səviyyədə keçirmək üçün müxtəlif və çoxlu sayda ərzaq tələb olunurdu.

Saraydan imperiyanın görkəmli şəxslərinə və dövlət qulluqçularına hədiyyə qismində müxtəlif təamlar göndərilirdi. Bu zaman burada növbəti bir adət isə sultan adından yeniçərilərə gümüş məcməyilərdə şirniyyatların göndərilməsi idi. Daha sonradan yeniçərilər boş məcməyiləri saraya geri göndərirdi. Bu özlüyündə yeniçərilərin onları yenidən dolu görmək istəyini təcəssüm etdirirdi.

Sultan I Süleyman, II Səlim və III Murat zamanında baş vəzir vəzifəsinə sahib olmuş məşhur Sokollu Mehmet-paşa sultan və onun yaxınlarının iftar süfrəsinin hazırlanmasına cavabdeh idi. Onun iftar iştirakçıları üçün hazırlanmış hədiyyə və ləziz yeməkləri heç kimi biganə qoya bilməzdi. Bu zaman onun bu iftar mərasimlərinə həddindən artıq pul xərclədiyi deyilirdi.

Bu şayiələr şeyx-ül-islam Dürrizadə Seyt Abdullah əfəndi tərəfindən hazırlanan iftar süfrələri üçün də keçərli idi. Sultan II Mahmud bu haqda eşitdikdə şayiələri yoxlamaq qərarına gəlir və bir gün gözlənilmədən onun təşkil etdiyi mərasimə təşrif buyurur. Bütün yeməklər adətən buzla verilən “hoşap” təqdim edilməmişdən öncə gözəl qab-qacaqlarda gətirilirdi. Hoşapın gətirildiyi qab isə digər qablara uyğun gəlmirdi. Sultan bunun səbəbini soruşduqda ev sahibi bildirirki qidanın dadını buzla korlamaq istəmir. Bunun əvəzində o buzdan xüsusi qab hazırlamağı əmr etmişdi.

Dövlət məmurları və varlı insanlar sultanlardan nümunə götürərək öz imarətlərində iftar süfrələri açır və yoldan keçən hər bir kəsi öz süfrələrinə dəvət edərdilər. Onlar öz qulluqçularına Ramazana əvvəlcədən hazırlaşmağı əmr edir və İstambulun hüdudlarından kənar ərazilərdən ərzaq gətirdirdilər. Məsələn, 20-ci əsrin əvvəllərində iftar üçün un Odessadan, pendir Balkandan, düyü Misirdən, quru halva Antepdən, quru meyvələr Dəməşq, Malatya və Tokatdan, bal Ankaradan, ərik Kastamonudan, xurma Bağdad və Hicazdan, qara kürü isə Xəzər dənizindən gətirilirdi.

Bu zaman iftar süfrəsi Azan səslənməmişdən yarım saat əvvəl hazırlanırdı. Süfrələr mürəbbələr, pendir, zeytun, kolbasa ilə bəzədilirdi. Süfrəyə isə ilk olaraq müxtəlif şorbalar gətirilirdi. Ətli yeməklərdən əvvəl isə süfrəyə yumurta və bastırma gətirilir, daha sonradan isə tərəvəz və plov təqdim edilirdi. Daha sonradan isə növbə şirniyyat və meyvələrə gəlirdi. Nahar isə qəhvə və nargilə ilə başa çatırdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər