Ötən ay Azərbaycandan Gürcüstana 1,8 mln. dollar köçürülüb

Bu ilin aprel ayı ərzində Azərbaycandan Gürcüstana 1,8 mln. ABŞ dolları məbləğində pul köçürülüb.

Bu barədə qonşu ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu, Gürcüstana köçürmə yolu ilə daxil olan vəsaitlərin 1,2%-dir. Ümumilikdə ötən ay bu ölkəyə 123,9 mln. dollar transfer edilib ki, onun da 92,68%-İ 15 ölkənin payına düşüb. Azərbaycan köçürülən vəsaitin məbləğində görə 12-ci yerdədir.

📝 RƏY BİLDİR