Ötən il Gürcüstan turizmdən $2,7 mlrd. gəlir əldə edib

Dənizkənarl park, Batumi, Gürcüstan

Gürcüstan 2017-ci ildə turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib.

APA-nın Gürcüstan bürosunun ölkənin Milli Bankına istinadla verdiyi xəbərə görə, bu, 2016-cı ilin gəlirindən 584 mln. dollar çoxdur.

Ötən il qonşu ölkənin turizmdən ən çox gəliri iyul, avqust və sentyabr aylarının payına düşüb. İyul ayında gəlir 379 mln., avqustda 395 mln., sentyabrda isə 307 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7 mln. 554 min 936 nəfər əcnəbi səfər edib ki, bu da 2016-cı illə müqayisədə 18,8% çoxdur.

📝 RƏY BİLDİR