13 C
Baku
Friday, April 19, 2024

Ötən il ölkədə 281 mindən çox yeni iş yeri açılıb, Dövlət Statistika Komitəsi deyir

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 yanvar 2018-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 721,2 min olmaqla 530,4 min daimi iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci il ərzində ölkədə 281,4 min yeni, o cümlədən 179,3 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 61%-i qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 24,4%-i Bakı şəhərinin, 0,9%-i Naxçıvan Muxtar Respublikasının, 74,7%-i regionların, o cümlədən 34,1%-i Aran, 10,2%-i Gəncə-Qazax, 10,1%-i Lənkəran, 5,4%-i Abşeron, 5,3%-i Yuxarı Qarabağ, 3,4%-i Şəki-Zaqatala, 3%-i Quba-Xaçmaz, 2,9%-i Dağlıq Şirvan, 0,3%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 10,3%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 14,3%-i mövcud müəssisə və təşkilatlarda, 1,2%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 74,2%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 22,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 21,3%-i tikinti, 10,7%-i emal sənayesi, 7,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,4%-i digər sahələrdə xidmətlərin göstərilməsi, 4,2%-i peşə, elmi və texniki fəaliyyət, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 14%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2017-ci il ərzində ölkədə 47,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81,6%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 70,1%-i fərdi sahibkarlıq subyektlərinin, 12,1%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Son xəbərlər
Digər xəbərlər