25 C
Baku
Friday, April 19, 2024

Ötən ilin sonu nağdsız əməliyyatların həcmi azalıb

1 dekabr tarixində ölkədə ödəniş kartları ümumi sayı 5 948 min ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2014-cü ilin əvvəlindən ödəniş kartlarının ümumi sayında 196 min ədəd artım olub.

Debet kartlarına gəldikdə isə, sosial kartlar 2 483 min , əmək haqqı kartları 1 429 min, digər kartlar isə 771 min ədədə çatıb.

Həmçinin dövriyyədə olan ödəniş kartlarından kredit kartları 1265 min ədəd təşkil edib.

Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 6 645 ədəd təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 64 min ədəd azdır. Əməliyyatların həcmi isə 1 ay ərzində 12 mln manat azalaraq 977 mln manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər