19 C
Baku
Tuesday, April 16, 2024

Otellər sizdən nələri gizlədir?

Səyahətinizi korlamamaq üün otellər haqqında nələri bilmək lazımdır?

Bir çox otellərin içərisi taxta mebellərlər təchiz edilib  və əsas olaraq yükünüzü yerləşdirmək üçün əsas hissələr də taxtadandır. Lakin şəxsi əşyalarınızı bu taxta lövhələr üzərinə qoymaq məsləhət deyil. Belə ki, bildiyimiz kimi müxtəlif həşəratlar və xüsusən də gənələr üçün ən əlverişli yer taxtadır. Şəxsi əşyalarınızı bu həşəratlardan qorumaq üçün ehtiyatlı olmağınız məsləhətdir.

Otağınızın gündəlik olaraq yüksək keyfiyyətlə təmizləndiyinə inanmaq yanlış olardı. Əslində, otaqdakı xalçaların və matrasın ümumi təmizlənməsi ildə cəmi 3 dəfə həyata keçirilir. Matrasın ümumi istifadə müddəti 5 il olsa da, o heç də həmişə yenisi ilə əvəz edilmir.

Təəssüflər olsun ki, otel nömrələrində ölüm halalrı heç də nadir hallarda baş vermir. Lakin otel əməkdaşları bu məlumatın kifayət qədər gizli qalmasına çalışırlar. Bir otel nömrəsində kimsə dünyasını dəyişdikdə onun cəsədi ehtiyat lift vasitəsilə daşınır, otaqda isə diqqətli şəkildə təmizləmə işləri aparılır ki, növbəti otaq qonağının bu ölüm faktı haqqında heç bir məlumatı olmasın.

Bundan əlavə, nisbətən ucuz otellərdə əsas olaraq diqqət etməli olduğunuz cəhət əl dəsmallarından mümkün qədər istifadə etməməkdir. Ən yaxşı halda onlar yaxşı yuyulmur, ən pis halda isə yenilənmirlər. Buna görə də, səfərə çıxarkən özünüzlə dəsmal götürməyiniz məsləhətdir.

Bir qayda olaraq, otellərdə ən çirkli və özündə mikrob daşıyan əşya televizor pultudur. Ona toxunduqdan sonra əlləri mütləq yumaq lazımdır. Çünki sizdən öncə olan qonağın səhhəti ilə bağlı heç bir məlumatınız yoxdur. Bundan əlavə, çətin ki, xidmətçilər televizor pultunun təmizlənməsi barədə düşünsünlər.

Son xəbərlər
Digər xəbərlər