15 C
Baku
Friday, March 29, 2024

Öz təxəyyülünün qurbanı olan şəxs

XX əsrin ortalarında Portuqaliyadan gələn və madera şüşələri ilə yüklənən İngiltərənin yük gəmisi Şotlandiya limanına çatır. Dənizçilərdən biri bütün şüşələrin boşaldılmasını yoxlamaq üçün dondurucu yük yerinə gedir. Bundan xəbəri olmayan digər dənizçi çöl tərəfdən qapını bağlayır. Soyuducuda həbs edilmiş dənizçi bütün gücü ilə qapını döysə də, heç kim onu eşitmir və gəmi geriyə, Portuqaliyaya yola düşür.

Dənizçi buradan kifayət qədər qida tapır, lakin o bilir ki, belə aşağı temperaturda uzun müddət yaşaya bilməyəcək. O bir metal parçası tapır və bütün gücü ilə divarlara öz işgəncəsini, öz həbs hekayəsini yazmağa başlayır. O hər şeyi elmi dəqiqliklə yazır. Yəni soyuq onun bədənini necə əsarət altın alır, burnu, üzü, əlləri və ayaqları necə donur. Hətta buzlu havanın necə dözülməz olduğunu belə.

Gəmi Lissabona çatdıqda kapitan soyuducunun qapısını açır və artıq çoxdan ölmüş dənizçinin meyitini görür. İnsanlar onun divarlara yazdığı tarixçəni oxuyur. Lakin dəhşət tək bunda deyildi. Kapitan soyuducudakı temperaturu yoxlayır. Bu zaman termometr müsbət 19 dərəcəni göstərir. Gəmi geri, yüksük qayıtdığı üçün soyutma sistemi işə düşməmişdi. İnsan yalnızca buranın soyuq olduğunu və özünün donduğunu düşündüyü üçün həlak olmuşdu. O öz təxəyyülünün qurbanı olmuşdu.

Son xəbərlər
Digər xəbərlər