15 C
Baku
Saturday, April 20, 2024

Özbəkistan öz “WhatsApp”ını yaratdı

Özbəkistanda öz messencerlərini yaradıblar.

Sputniknews-uz.com saytına istinadən məlumatına görə, ani məlumatlar xidməti “Uzphone” adlandırılıb.

Tərtibatçıların hesablamalarına əsasən, bu messencer “Skype”, “Viber”, “Whatsapp” və “Telegram” kimi əlavələrin analoqu olmalıdır.

“Özbəktelekom” şirkətinin filial müdiri Marat Fəttahov bildirib ki, hazırda xidmət alfa sınaqlar mərhələsindədir. Onun vasitəsilə məlumatlar göndərmək mümkündür. Ancaq onu nə yükləmək, nə də istifadə etmək olmaz. Tərtibatçı beta sınaqlar mərhələsini iki aydan sonra işə salmaq niyyətindədir, gələn ilin əvvəlində isə “Uzphone”u geniş auditoriyaya təqdim etməyi söz veriblər.

Qeyd edilir ki, Özbəkistanda şəxsi ani məlumat mübadiləsi xidmətinin yaradılması ehtiyacı bir sıra faktorlarla bağlıdır. Bu, xüsusilə xarici ölkələrə gedən gəlirlərin ölkədə saxlanılması istəyindən irəli gəlib. Həmçinin istifadəçiyə daha az internet trafiki xərcləyərək analoji xidmətlərdən istifadə etmək imkanı təqdim etməkdir.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər