4 C
Baku
Friday, March 29, 2024

Özbəkistan pensiya təminatı sahəsində Azərbaycan təcrübəsini öyrənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Özbəkistanın qeyri-büdcə Pensiya Fondunun nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Banker.az-a verilən məlumata görə, səfərdə məqsəd son illərdə Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlarla tanış olmaq, müvafiq təcrübə mübadiləsi aparmaqdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, ölkələrimiz arasında əməkdaşlığın əmək və əhalinin sosial müdafiəsi sahəsində də inkişaf etdiyini vurğulayıb: “Bu əməkdaşlıq pensiya təminatı sahəsini də əhatə edir. Hələ 1996-cı ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” də ikitərəfli əməkdaşlığa hüquqi zəmin yaradıb”.

Özbəkistanın qeyri-büdcə Pensiya Fondunun icraçı direktoru Dilşod Sultanov son illərdə Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatların, bu sahələrdə idarəetmə mexanizmlərinin və əhaliyə xidmətlərin müasir və çevik, şəffaf şəkildə qurulması üçün yaradılmış elektron sistemlərin onlarda böyük maraq oyatdığını vurğulayıb. D.Sultanov ölkəmizin bu sahələrdə uğurlu təcrübəsinin öyrənilməsinə, həmçinin iki ölkə arasında pensiya təminatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığa və geniş təcrübə mübadilələrinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər