13 C
Baku
Saturday, April 27, 2024

Özünə uyğun rezume düzəlt

Hansı CV növləri vardır və onların tərtib edilməsi qaydaları

Necə bilmək olar ki, müraciət etdiyiniz işə hansı CV forması daha uyğun gəlir? Ən çox nəyə vurğu salmaq lazımdır? Gəlin, bu suallara birlikdə nəzər salaq. İnformasiyanı rezumedə bir neçə üsulla yerləşdirmək və onu işəgötürənə təqdim etmək olar. Banker.az sizə əsas CV növlərini təqdim edir, onları öz təcrübəniz, səriştəniz və fəaliyyət sahənizdən asılı olaraq istifadə edə bilərsiniz.

Xronoloji ardıcıllıqlı CV

Bu ən geniş yayılmış və ən sadə CV formasıdır. Xronoloji rezume elə bir universal alətdir ki, istənilən bir vəzifədəki, istənilən əməkdaşa uyğun tərtib edilə bilər. Onun strukturu demək olar ki, hamıya tanışdır. Onun əsas hissəsi iş təcrübədir – əks xronoloji ardıcıllıqla iş yeri və kompaniyanın adı, vəzifə və əldə olunan nailiyyətlər göstərilir. Rezumenin əsas hissəsinin bu odluğunu nəzərə alaraq, iş təcrübənizi düzgün təsvir etməlisiniz ki, işəgötürənin diqqətini çəkə biləsiniz.

Xronoloji rezume öz xidməti kitabçanı əyani şəkildə nümayiş etdirmək imkanı verir. Amma əgər sizin hələ ki, iş təcrübəniz yoxdursa, onda digər rezume növlərinə diqqət yetirməyiniz tövsiyə olunur.

Funksional rezume

Belə bir CV-də əsas diqqət işaxtaranın layiqli tərəflərinə -onun səriştə və peşəkar uğurlarına yönəlir. Dəqiq tarixlər və vəzifələr adətən göstərilmir. Funksional CV sayəsində yetirincə təcrübəli olmadığını gizlətmək mümkündür, sadəcə öz güclü tərəflərini daha çox diqqət mərkəzinə çəkmək lazımdır. Amma ki, heç də bütün işəgötürənlər funksional CV-yə eyni cür münasibət bəsləmir, ona sevinclə yanaşmırlar. Xronoloji ardıcıllığın yoxluğu onların narahatlığına səbəb ola bilər. Funksional CV-lər o fəaliyyət sahələrinə daha çox uyğundur ki, burada konkret səriştə və bacarıqlar, formal təcrübədən daha çox vacibdir. Əgər siz öz bacarıqlarınıza əminsinizsə, lakin iş təcrübəniz kifayət qədər deyilsə, ondan funksional CV sizin üçündür.

Hibrid rezume

Belə CV növü özündə xronoloji və funksional rezumenin üstün tərəflərini əhatə edir. Siz özünüzün bütün təcrübənizi sadalaya bilər, hər bir punkta öz nailiyyətlərinizin təsviri bəndini əlavə edə bilər, həmçinin bacarıqlarınızı daha ətraflı təsvir edə bilərsiniz.
Beləliklə, bu ən rahat CV formatıdır. O, həm öz təcrübəni nümayiş etdirmək, həm də peşəkar uğurlarınızı fərqləndirmək imkanı verir. Bu işə götürənə sizin haqqınızda tam təsəvvür yaratmağa icazə verəcək.

Target CV (hədəflənmiş rezume)

Bu elə CV növüdür ki, müəyyən kompaniyanın konkret vəzifəsi üçün hazırlanır. Target CV hibrid CV-lərə oxşayır, amma bu CV-də yalnız o, təcrübə və bacarıqlar, həmçinin nailiyyətləri göstərmək lazımdır ki, onlar həmin vəzifəni qazanmaqda sizə yardımçı olsun, sizin o vəzifəyə uyğun olduğunuzu göstərsin.

Belə CV-ni nəzərdən keçirən işəgötürənə namizədin müvafiq vəzifəyə uyğun olub-olmadığı qiymətləndirmək daha asan olacaq. Belə halda namizədin vəzifə ilə bağlı irəli sürülən tələblərə uyğunluğu daha rahatlıqla özünü büruzə verəcək.

Müvəqqəti işçinin rezumesi

Belə rezume o işaxtaranlara uyğundur ki, onlar eyni zamanda fərqli işəgötürənlər üçün bir neçə layihə üzərində çalışıblar. Əgər belə namizəd öz CV-ini xronoloji ardıcıllıqda tərtib etsə, onda işəgötürənə qeyri stabil, iş yerini tez-tez dəyişməyə meylli insan təsiri bağışlayacaq. Ona görə də belə CV-də funksional CV-də olduğu kimi ilk öncə öz bacarıqları qeyd etmək lazımdır, sonra ilə layihələri, onların başlama və bitmə müddətini qeyd etməklə sadalamaq tövsiyə olunur. Burada işlədiyiniz kompaniyaları qeyd etmək mümkün deyil. Əsas hədəf -əldə olunmuş nəticələri nəzərə çarpdırmaqdır.

Beləliklə rezumenin növü sizin vəzifənizdən, təcrübə və vakansiyanın tələblərindən asılıdır. Əgər siz sıravi mütəxəssis işi axtarırsınızsa, ən asan və uyğun seçim xronoloji rezume olacaq, amma daha yüksək vəzifələr üçün hibrid rezume uyğun gələcək. Aparıcı və idarəedici vəzifələrə iddia edən işaxtaranlar üçün funksional və hibrid rezumelər daha əlverişlidir. Həmçinin funksional CV təcrübəsiz namizədlərə daha çox uyğun gələcək. Əgər sizi layihələrlə çalışırsınızsa, onda müvəqqəti işçi CV-si sizə daha çox uyğun olacaq. Əgər siz hansı kompaniyada və hansı vəzifədə işləmək istədiyinizi dəqiq bilirsinizsə, onda target CV sizə daha çox uyğun olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər