16 C
Baku
Thursday, April 25, 2024

Özündən razı kişi əməkdaşların sonu!

Qadınlar onların kişilərlə müqayisə edilməsinə və qiymətləndirilməsinə çox da yaxşı münasibət bəsləmirlər. Lakin qadınlar bununla yanaşı iş və karyera məsələlərində kişiləri əhəmiyyətli dərəcədə geridə qoymağı bacarırlar. Bunu Po Bronson və Eşli Merrimen belə hesab edir.

Şirkətinizdə işləyən kişi cinsinin nümayəndələri layiqli hörmətə sahibdirlər və öz statusları ilə qürur duyurlar? Bu yaxşı cəhətdir. “Dağ kralı: qabarmış xarakter və rəqabət psixologiyası” kitabının müəllifləri Po Bronson və Eşli Merrimen belə iddia edirlər ki, heç bir halda onların özlərinə olan inamlarını zədələməyin. Müəlliflər araşdırma üçün ofis mebelinin satışı ilə məşğul olan nəhəng amerikan mağazalar şəbəkəsinin məlumatlarından istifadə etmişlər. Menecment ən yaxşı satıcıların iş nəticələri ilə reytinq təşkil etməyə qərar verir. Bu reytinq hər bir işçinin hansı səviyyədə olduğunu müəyyən edəcəkdi və işçilər şirkətdə tutduqları yerlərini biləcəkdilər.

Lakin belə bir yanaşma effektiv nəticə vermir. Növbəti illər ərzində reytinqdə öz yerini öyrənən işçilər əvvəlkindən 26% daha az satış həyata keçirmişlər.

Lakin burada diqqəti çəkən başqa bir cəhət olur. Müəlliflər belə əlavə edirlər ki, demək olar ki,ancaq kişi satıcıların həyata keçirdiyi satışlar azalmışdır. Bəs nəyə görə? Çünki əvvəlki qaydaalr kişi satıcılara daha çox sərf edirdi. Əvvəllər ümumi nəticələr içərisində onlar 3 və yaxud 4-cü pillədə olduqlarını zənn edirdilər. İndi isə fərdi reytinq təşkil edildikdə onlar 239 və yaxud 457-ci yerdə olduqlarını öyrəndilər. Lakin nədənsə bu hal qadınları heç də narahat etmədi. Onlar reytinqdə sahib olduqları yerlərini bilsələr də buna reaksiya vermədilər. Bu araşdırma da özlüyündə kişi cinsinə mənsub işçilərin necə özlərinə həddindən artıq əmin olmağa və uğur şanslarını qiymətləndirməyə meyilli olduqlarını sübut edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər