Özünü pul qazanmağa necə məcbur etmək olar?

İnsanların çoxu bəxtləri gətirmədiyinə, lazımi təhsilə malik olmadığına, başqalarına hər şey göydən düşdüyünə görə kiçik qazanclarına haqq qazandırmağa öyrəşiblər. Həmişəki kimi, bunların hamısı sadəcə bəhanələrdir. İnsan harada olursa olsun və kim olursa olsun, həmişə pul qazanmağın yolunu tapacaq. Əsas səndə olmayan yox, əsas səndə olandır.

Bu məqalədə bəhanələr siyahısından deyil, ən məşhur bəhanələrin ifşa edilməsindən bəhs edəcəyik. Özünüz haqda düşünün, bəlkə, siz də onlardan istifadə edirsiniz, deməli, onlarla vidalaşmaq vaxtı gəlib çatıb.

Bəxtim gətirmədi! Yalnız nə isə edənlərin bəxti gətirir. Heç nə etmədən bir yerdə oturan insanlar isə uğurun nə olduğunu bilmirlər. Məsələn, nəyə isə nail olmaq üçün siz 10 dəfə cəhd edirsiniz, lakin heç nə alınmır. Biri də var ki, siz 2-3 cəhd etdikdən sonra, təslim olursunuz. Cəhd etməyə gücünüz çatdığı qədər, buna davam etmək lazımdır. Özünüzü həvəsləndirmək üçün boksçu Məhəmməd Əlinin məşhur ifadəsini yada salın: “Min dəfə yıxılmaq ayıb deyil, bir dəfə qalxmamaq ayıbdır”. Öyrəşməli və riayət etməli olduğunuz ən vacib qayda odur ki, sizin şəxsi uğursuzluğunuz heç vaxt başqa insanın uğursuzluğunun səbəbi olmamalıdır. Başqalarını həvəsdən salmayın!

Təhsilim yoxdur. Hətta orta təhsili olmayan adamların milyoner olduğunu göstərən minlərlə nümunə var. Ən məşhur nümunə dünyanın ən varlı adamlarından biri olan Bill Geytsdir. O öz istəyi ilə məktəbi atıb və möhtəşəm karyera qurub. Yadda saxalyın ki, ala biləcəyiniz ən keyfiyyətli təhsil özünütəhsildir. Yalnız o zaman siz bilavasitə xoşladığınız və sizi təmin edə biləcək sahəni seçirsiniz. Və yalnız burada siz özünüzə arxayın ola bilərsiniz. Həmçinin qədim bir formul məlumdur – öyrənmək heç vaxt gec deyil!

Yaxşı tanışlarım yoxdur. Müasir dövrdə yaxşı tanışların olmaması sizin şəxsi probleminizdir. İnternet və sosial şəbəkələr vasitəsilə məşhur müğənnilərdən başlayaraq, biznes texnologiyalar üzrə istedadlı mütəxəssislərə qədər, demək olar ki, hər kəslə tanış olmaq olar. Yalnız öz utancaqlığınız və qərarsızlığınız bunu etməyə mane ola bilər. Əlbəttə ki, heç kim tanımadığı adamla elə-belə ünsiyyət qurmayacaq. Siz də ünsiyyətə əli boş başlamayın. Nə isə edin, uğurlu müəssisənin biznes-planını yazın, möhtəşəm ixtiranızı təsvir edin. Həmişə hazır olun, istənilən vaxt kim isə sizdən həqiqətən nəyə qadir olduğunuzu göstərməyi istəyə bilər.

Pulum yoxdur. Ən məşhur bəhanədir. Çoxları düşünür ki, pulları olsaydı, öz bizneslərini qurardılar, ideyalarını həyata keçirərdilər … Əslində pulunuzun olub-olmaması vacib deyil. İdeyanızın həqiqətən möhtəşəm olduğuna inanırsızsa, uzun illər rahat həyatınızı təmin edə biləcəyini düşünürsüzsə, sadəcə bankdan kredit götürün. Bu variant sizi qane etmirsə, sadəcə çox işləyin, qazandığınız hər artıq manatı “həyatınızın işinə” sərf edin.

Yuxarıda sadalananlara baxmayaraq, hərəkətsizliyinizə haqq qazandırmağa çalışırsınızsa, yadda saxlayın ki, yalnız bir həyatınız var və onu necə yaşayacağınıza siz qərar verirsiniz.

📝 RƏY BİLDİR