15 C
Baku
Thursday, March 28, 2024

Pərakəndə ticarət dövriyyəsinə dair göstəricilər açıqlandı – yanvar ayına

Azərbaycanda 2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2 milyard 795 milyon manata bərabər olmuşdur.

Ticarət dövriyyəsinin 1 milyard 411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 milyard 383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələmişdir.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir,milyon manatla 2017-ci ilin yanvar ayına nisbətən,faizlə
Pərakəndə ticarət dövriyyəsi 2 794,60 102,4
o cümlədən:
ərzaq məhsulları 1 253,4 101,9
içkilər və tütün məmulatları 158 100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 486,3 103,1
elektrik malları və mebellər 170,7 102,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 20 101,6
əczaçılıq və tibbi mallar 37,6 102
avtomobil yanacağı 161,4 100,9
digər qeyri-ərzaq məhsulları 507,2 103,8

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar ayında istehlak məhsullarının 14,0 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 19,8 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalar üzrə isə 0,2 faiz azalmışdır.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  285,7 manat və ya 2017-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Son xəbərlər
Digər xəbərlər