14 C
Baku
Thursday, April 25, 2024

Paladiumun qiyməti son 16 ildə ilk dəfə 1 000 dolları ötüb

Benzinlə işləyən tibb, nəqliyyat vasitələri və havanın çirklənməsini ölçən cihazlarda istifadə edilən və platin qrupuna aid olan paladiumun dünya bazarında qiyməti tələbatın artması ilə 2001-ci ildən sonra ilk dəfə 1 000 dollar/unsiya həddini ötüb.

“Bloomberg” agentliyinə istinadən, paladiumun qiyməti ilin əvvəlindən etibarən 47% artım göstərib. Qiymətli metalın bahalaşmasına səbəb son günlərdə qızıl və platinin qiymətinin artması amili olub. Qeyd edək ki, 2017-ci ildə qızıl 14%, platin 4,7%, gümüş isə 9% bahalaşıb.

Paladiumdan 70% avtomobil katalizatorlarının hazırlanmasında, 10% elektronika sənayesində, 5% kimya, 5% tibb, 5% investisiya və 5% zərgərlik sənayesində istifadə edilir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər