15 C
Baku
Saturday, April 20, 2024

Palata: Azərbaycan əhalisinin 37%-i kredit reyestri ilə əhatə olunub

Hazırda Azərbaycan əhalisinin 37%-i Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) xidməti ilə əhatə olunub. Xidmətin nəzarətində indiyə qədər verilmiş 12 mln. ədəddən çox kreditə dair məlumatlar mövcuddur.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, qurumun Strateji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, ölkədə ilk özəl kredit bürosunun fəaliyyətə başlaması ilə bu nisbət və rəqəm daha da artacaq: “Bu il Azərbaycanda 5 mlrd. manat kredit verilib, ümid edirik ki, büronun hesabına bu il məbləğ daha böyük olacaq”.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev isə deyib ki, büronun mövcudluğu vahid məlumat bazasının yaranmasına, fiziki və hüquqi şəxslərin kreditləşdirilməsinin genişlənməsinə imkan verəcək.

“Azərbaycan vətəndaşları isə əlavə xərc çəkmədən ildə 2 dəfə kredit bürosundan özləri haqqında məlumat əldə edə biləcəklər”, – deyə Z.Nuriyev əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər