14 C
Baku
Thursday, March 28, 2024

Palatanın büdcəsi artırıldı

2018-ci il üzrə büdcədə Hesablama Palatası üçün 3 milyon 852 min manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,8% və ya 29,1 min manat çoxdur.

Bunu Milli Məclisdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri artımın səbəbini açıqlayıb: “Bu vəsait audit tədbirlərinin həyata keçirilməsi üçün eksperlərin cəlb olunması, audit jurnalının rübdə bir dəfə buraxılması və işsizlik müavinətlərinin ödənilməsi üçün nəzərdə tutulub. Eyni zamanda daxili ezamiyyə xərcləri, dövlət qulluqçularının sosial müavinətlərlə bağlı xərclərin azaldılması nəzərər tutulub.”

V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatasının cəmi büdcəsinin 82%-dən bir qədər çoxu əməyin ödənişi xərcləri ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər