15 C
Baku
Wednesday, April 24, 2024

Palata: Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar kəsirlə icra olunub

2018-ci ilin yanvar-aprel aylarında dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar kəsirlə icra olunub.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd olunub. Sənəddə bildirilib ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı üzrə illik proqnozun 18,3%-i qədər və ya 1 mln. 466,9 min manat məbləğində vəsait dövlət büdcəsinə daxil olub.

Xatırladaq ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə 2017-cı ilin dövlət büdcəsində 8 mln. manat məbləğində müəyyən edilən tapşırıq 5 mln. 306,6 min manat və ya 66,3% icra edilib, proqnozda nəzərdə tutulan məbləğə qarşı dövlət büdcəsinə 2 mln. 693,4 min manat və ya 33,7% az vəsait daxil olub. Bu, 2016-cı il üzrə müvafiq icra göstəricisindən 502,9 min manat, yəni 8,7%, 2015-ci il üzrə müvafiq 62 icra göstəricisindən isə 2 mln. 185,3 min manat, yəni 29,2% azdır. Bu mənbə üzrə daxilolmalar 2015-ci və 2016-cı illərdə 6 mln. manat illik proqnozlara qarşı müvafiq olaraq 7 mln. 491,9 min manat (124,9%) və 5 mln. 809,5 min manat (96,8%) olub.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər