23 C
Baku
Tuesday, April 23, 2024

“Bank Standard” bütün əmanətçilərə eyni vaxtda dollar qaytara bilməz —Palata sədri

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sağlamlaşdırılması həyata keçirilən “Bank Standard” QSC-də əmanətçilərinin xarici valyutada olan pulunun manatla, alış məzənnəsinə uyğun qaytarılmasına münasibət bildirib.

Keçirdiyi mətbuat konfransında MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, əmanətlərin böyük hissəsi dollarla yerləşdirilib və eyni vaxtda dövlətin sağlamlaşdırma üçün ayırdığı vəsaitin xarici valyutaya çevrilməsi maliyyə sabitliyinə mənfi təsir edə bilər: “Bankda 600 mln.manatdan çox əmanət var.

Bunun 500 mln. manatdan çox qorunan əmanətlərdir. Dövlət banka manatla dəstək göstərir. Valyuta bazarındakı vəziyyət də məlumdur. Hamının pulunu dollarla eyni vaxtda qaytarmaq üçün gərək bank bütün vəsaitləri valyuta bazarına yönəltsin. Bunu da bir gündə etmək olmaz. Amma tədricən mümkündür. Buna görə, bankın menecmenti əmanətlərin manatla qaytarılmasına qərar verib”./Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər