21 C
Baku
Thursday, April 25, 2024

Palata səhm buraxılışını qeydə aldı

23 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “AzRe Təkrarsığorta” ASC-nin hər birinin nominal dəyəri 25000 manat olan 2000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1007008670 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Bu barədə Banker.az-a Palatadan xəbər verilib.

Səhmlər Cəmiyyətin AZ1006008671 qeydiyyat nömrəsi və hər birinin nominal dəyəri 20000 manat olan 2000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər