15 C
Baku
Saturday, April 20, 2024

Palata sığorta şirkətinin rəhbərlərini toplayır – Səbəb?

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu gün sığorta şirkətlərinin rəhbərlərini toplayır. *Mənbənin sığorta şirkətlərindən əldə etdiyi məlumatına görə, əsas müzakirə mövzusu icbari avtomobil sığortası ilə bağlı endirimlər olacaq. Qeyd edək ki, Palata ötən ilin may ayından etibarən icbari avtomobil sığortası üzrə endirim, hədiyyə və güzəştlərlə bağlı ciddi qadağalar tətbiq etməyə başlamışdı. Nəticədə sığorta bazarında bu istiqamətdə ciddi dönüş müşahidə edilirdi.

«İcbari sığortalar haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər. Amma ötən ilin sonunda etibarən bəzi iri sığorta şirkətlərinin qadağalara məhəl qoymaması sonda bazarda endirimlərin 30%-ə qədər yüksəlməsinə gətirib çıxarıb. Palata bu məsələni yenidən diqqətdə saxlayır. Sığorta bazarında endirimlərlə bağlı qadağalara riayət etməyən sığorta şirkətlərinə və onların rəhbərlərinə qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov fins.az-a sığorta şirkətlərinin rəhbərləri ilə görüşü təsdiqləyib. O bildirib ki, bununla bağlı daha sonra ətraflı məlumat veriləcək.

MənbəFins.az
Son xəbərlər
Digər xəbərlər