16 C
Baku
Friday, April 19, 2024

Palatadan “valyuta çatşımamazlığı” məsələsinə reaksiya: “Sadəcə psixoloji amil var”

Apardığımız təhlillər göstərir ki, bankların heç birində nağd valyuta təlabatını qarşılamamaq halı yoxdur.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.

“Nəzarət orqanı olaraq müşahidələrimiz göstərir ki, son bir həftə ərzində əsas ticarət tərəfdaşı ölkələrimizdə valyuta məzənnələrinin volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Azərbaycan Mərkəzi Bankı bankları yetərincə nağd valyuta ilə təmin edib. Sadəcə psixoloji amil var. Təhlillər göstərir ki, daha çox alışı əhali qrupu həyata keçirir. Hesablamalarımıza görə, son bir həftə ərzində banklardan adambaşna 800-1300 dollar alınıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər