16 C
Baku
Thursday, March 28, 2024

“Parabank”dan “Nikoil Bank”a daha bir transfer olub

“Nikoil Bank” ASC-nin hüquq şöbəsinə yeni müdir təyin edilib. Agentliyin əldə etdiyi məlumata görə, bu vəzifəyə Elşən Kərimov gətirilib.

E.Kərimov indiyə qədər hazırda ləğvetmə prosesində olan “Parabank” ASC-nin hüquq şöbəsinin müdiri, ondan əvvəl isə Azərbaycan Mərkəzi Bankı Ləğv edilmiş kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin istehlakçıların hüquqlarının qorunması şöbəsinin müdiri olub.

Bir qədər əvvəl “Parabank”ın baş icraçı direktoru Cəlal Nağıyev da “Nikoil Bank”da təyinat alıb. O, hazırda Bankın Problemli aktivlərin idarə edilməsi Departamentinin direktoru vəzifəsini tutur.

Xatırladaq ki, “Nikoil Bank” ASC 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın təsisçiləri “Topaz İnvestments” QSC (56,4%), “Nikoil” QSC (42,6%) və “ISR Holding” MMC-dir (1%).

Report

Son xəbərlər
Digər xəbərlər