26 C
Baku
Friday, April 19, 2024

Pareto prinsipi Google şirkətinə hansı innovasiyanı gətirdi?

Çoxumuz işlərin çox olduğunu bildiririk və günlərin bir işin ardınca digər işi gördüyümüzü, vaxtımızın çatışmamazlığından şikayət edirik. Bəs iş yükünü necə azaltmaq olar ki, özümüzü daha uğurlu hiss edək və vaxtımıza qənaət edək? Bu suala cavabı Pareto və ya 80/20 prinsipindən istifadə edərək vermək olar. Pareto prinsipinə görə göstərilən daha az səylə daha çox nəticəni qazanmaq olar; görülən işin kiçik hissəsi (təxminən 20%-i) istənilən nəticənin böyük hissəsinə (təxminən 80%) gətirir.

Araşdırmalar deyir ki, işlərin təkmilləşdirmə fürsətlərini nəzərdən keçirməyimiz üçün həftədə bir-iki saat belə ayırsaq bunun bəhrəsini görərik. Bu bir-iki saat ərzində həftəlik görüləcək işləri nəzərdən keçirmək olar, lazımsız işləri təyin etmək olar (bu işi görməsəm nə olar?) və ya bəzi işlərin devr edilməsini düşünmək olar. Bir vacib məqam da hədəfə çatmaq üçün daha əlverişli yolu və ya vasitəni tapmaq olar, innovativ düşüncə tərzinə əsaslanaraq yenilikləri həyatımıza qata bilərik.Pareto

SixSigma metodologiyasında hipotezaların irəli sürülməsi və onların yoxlanılması (Hypothesis Testing) “Analiz etmə” hissəsində istifadə edilir. Yuxarıda qeyd etdiklərimi fərziyyə kimi qəbul etsək, bunun təsdiq edilməsi üçün nümunə də lazım olacaq.

80/20 prinsipi illərdi ki, Google şirkətində müvəffəqiyyətlə istifadə edilir. Bir zamanlar Google şirkətinin işçiləri iş vaxlarının 20%-ni işin daha yaxşı görülməsi yollarının tapmaları üçün istifadə edirdilər, iş vaxtının qalar hissəsini isə vəzifə cavabdehlərinə uyğun işlərə sərf edirdilər. Sonralar, Google 20%-i azaltdı, lakin bu prinsipdən şirkətdə indi də istifadə edilir. Şirkətin daxili mədəniyyətinə görə, işlərin təkmilləşdirilməsinə sərf edilən zaman gələcəkdə öz bəhrəsini verəcək. 20% və ya daha az (məsələn 10%) zaman ərzində işçi yeni texnologiyalar kəşf edər, biznesin inkişaf etdirilməsi və ya işlərin daha tez zamanda görülməsi üçün təkliflər irəli sürər. Bununla da, davamlı təkmilləşdirmənin “meyvələri” kimi Google-un bir sıra məhsul və xidmətlərini nümunə gətirmək olar (Gmail, Google Talk, Google News və sairə).

Sixsigma.az

Son xəbərlər
Digər xəbərlər