23 C
Baku
Thursday, April 25, 2024

Parisə pulsuz necə getmək olar?

Ölümsüz əsər olan “Gargantua və Pantagruel”-in yaradıcısı olan Fransua Rable bir dəfə tamamilə pulsuz qalır. Bununla belə, o təcili olaraq Parisə getməli idi.

Bu zaman o adi bir mehmanxanada qalırdı. Fransua Rable özünü savadsız biri kimi təqdim edir və mehmanxana sahibindən burada yaxşı yazmağı bacaran bir şəxsin olub-olmadığını soruşur.

Mehmanxana sahibi öz adamını Rablenin yanına göndərir və dəlisov yazıçı ondan kağız parçalarında bu sözləri yazmağı tələb edir: “Kralı öldürmək üçün zəhər”, “Kraliçanı öldürmək üçün zəhər”, “Orlean hersoqunu öldürmək üçün zəhər”. Bu kağız parçalarını zərflərinü zərinə yapışdıran Rable yazı yazan şəxsə deyir: – Sən artıq mənə lazım deyilsən! Bu şəxsin yazdıqlarını öz sahibinə cəld bir şəkildə xəbər verəcəyini təxmin etmək elə də çətin deyildi. Mehmanxana sahibi isə öz növbəsində məhkəmə məmurunun yanına tələsərək vacib məlumatları ona çatdırır. Və artıq bir neçə dəqiqədən sonra “təhlükəli cinayətkar” nəzarətçilərin müşayiəti ilə Parisə göndərilir. Paytaxtda bu “təhlükəli” zərflər açıldıqda içərisindəkinin adi kül olduğu aydın olur və Rablenin pulsuz olaraq Parisə gəlməsinə kömək əlini uzatmış məmurlar Kral ailəsi tərəfindən gülüş mənbəyinə çevrilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər