8 C
Baku
Tuesday, March 19, 2024

Paris-Dofin Universiteti

Paris- Dofin universiteti ən böyük və ən məşhur ali məktəblərdən biridir. Paris- Dofin universiteti 1968-ci ildə Paris Universitetinin islahatları nəticəsində təsis olunmuşdu. Bu universitet Parisin qərbində, NATO-nun keçmiş qərərgahında yerləşir.

Bugünkü gündə Paris – Dofin universiteti iqtisadiyyat və altmış yöndə idarəetmə sahəsində ən yaxşı ali təhsil müəssisələrindən biridir. Burada 7,5 min tələbə təhsil alır və təxmini 365 müəllim çalışır.

Paris – Dofin universitetinin tərkibinə maliyyə İnstitutu və riyazi tədqiqatlar Mərkəzi daxildir. Universitetdə əsas diqqət tətbiqi riyaziyyat, informatika və idarəçilik sahələrində tədqiqatların inkişafına ayrılır.

Universitetin Fransanın özəl və dövlət şirkətləri ilə sıx əlaqələri burada müəssisələrin maliyyələşməsi, maliyyə menecmenti, dövlət və bələdiyyə maliyyələri kimi fənlərin yüksək səviyyədə tədris olunmasına imkan yaradır. Bu fənlərin müəllimləri universitetin 23 tədqiqi mərkəzlərində fəal şəkildə araşdırmalar aparırlar.

Universitetdə maliyyə, bank işi və sığortalama üzrə magistr proqramları çox məşhurdular. Magistr proqramına əsas iqtisadi anlayışlar (marko və mikro iqtisadiyyat, təhlilin kəmiyyət üsulları) və həmçinin xüsusi fənlər (maliyyə təhlili, bank texnologiyaları və məhsulları, maliyyə idarəçiliyi, beynəlxalq maliyyələr və s.) daxildir.

Universitet dünyanın təxminən 90 ali təhsil müəssisələri ilə saziş bağlayıb.

splash_4

Paris-Dofin Universitetinə aid faktlar

1994-cü ildə universitetin professoru Pyer Lui Lion Fildsov mükafatına layiq görülmüşdü.

04. 07. 06 Tatarıstanın baş naziri Rüstəm Minnixanov Tatarıstan Respublikasının nazirlər Kabinetində Paris – Dofin Universitetinin prezidenti Bernar de Monmoriyonla görüşmüşdü.

Görüşün iştirakçıları Kazan universiteti ilə Fransa ali təhsil müəssisəsinin sazişinin şərtlərini müzakirə etmişdilər.

Sazişdə magistratura pilləsi üzrə «Müəssisələrin idarə edilməsi» və «menecment» fakultələrində təhsil alan tələbələrin mübadilə proqramı qeydə alınmışdı. Kazan tələbələri Fransaya təhsil almağa gedirlər. Fransız tələbələri isə öz növbəsində Tatarıstanın bazarında təqdim olunan fransız müəssisələrində praktika keçirlər.

Bu saziş uzun müddətlidir. Hər il mübadilə üzrə təhsil alan tələbələrin sayının artırılması gözlənilir. Həmçinin sazişdə müəllimlərin mübadiləsi də nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər